Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Vəkil Kamandar Nəsibovun APA-ya verdiyi xəbərə görə, iclasda müdafiə tərəfinin bir sıra vəsatətlərinə baxılıb.
Daha sonra çıxış üçün söz dövlət ittihamçısına verilib. Lakin o, çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.