"Ermənistan və Azərbaycan prezidentlərinin görüşü barədə hələlik konkret məlumat yoxdur".
APA-nın “Panorama.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, xarici işlər nazirlərinin görüşü sentyabrın ikinci yarısında Nyu-Yorkda keçiriləcək.
O əlavə edib ki, görüşün gündəliyində duran əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin irəli aparılması üçün şəraitin yaradılmasıdır.