Havada müşahidə olunan toz lokal xarakter daşıyır.
Bu barədə 525.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin məlumatına əsasən 2017-ci il avqust ayının 10-da səhər saatlarından başlayan güclü şimal küləyi nəticəsində paytaxtın bəzi yerlərində havada tozun miqdarının sanitar normanı bir neçə dəfə keçdiyi müşahidə edilib. Buna səbəb yer səthindən tozun havaya qalxması olub.