https://525.az/img/pics/medium/2024-04/310725_mwhj16sh30.jpg Ekoloji sağlamlıq ölkəmizdə dövlət siyasəti prioritetidir
https://525.az/img/pics/medium/2024-04/310717_1fivjqvlxn.jpeg Sabiq səfir həqiqətləri açıqlayır
https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
search
20 Aprel 2024
19 Aprel 2024

"Hökumətin "Expressbank"a kapital dəstəyi verib-verməyəcəyi məlum deyil"

"Hökumətin "Expressbank"a kapital dəstəyi verib-verməyəcəyi məlum deyil"
“Fitch” beynəlxalq reytinq agentliyi “Expressbank” ASC-nin emitentin uzunmüddətli defolt reytinqini “B” səviyyəsində təsdiq edərək, proqnozu “stabil” saxlayıb.
 

“APA-Economics” reytinq agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, bankın reytinqinin eyni səviyyədə təsdiq edilməsi son bir il ərzində kredit portfelində baş verən çox az dəyişikliklə bağlıdır.
 
“Eyni zamanda bu reytinq bankın möhkəm kapital buferinin, aktivlərinin keyfiyyətinin yaxşı və likvidliyinin kifayət qədər olduğunu əks etdirir.

Proqnozun sabitliyi isə onu göstərir ki, aktivlərin keyfiyyətinin gələcəkdə pisləşməsi ehtimalının olmasına baxmayaraq, reytinq agentliyi olaraq bunun zərərdən əvvəlki mənfəət və bankın möhkəm kapital buferi ilə kompensasiya oluna biləcəyini düşünürük”, - deyə məlumatda qeyd olunub. 
 
Bundan başqa, agentliyin analitikləri qeyd edir ki, ehtiyac olarsa, bank üçün tənzimləyici formada kreditlərin restrukturizasiyasının həyata keçirilməsi mümkündür.
 
Bununla belə, agentliyin ekspertləri hesab edir ki, hökumət tərəfindən banka müstəsna olaraq birbaşa kapital dəstəyinin göstərilib-göstərilməyəcəyi qətiyyən məlum deyil.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.