https://525.az/img/pics/medium/2024-03/308184_qvwzs8uhve.jpg Sinan Səid
https://525.az/img/pics/medium/2024-03/308239_xq8r14gjca.jpg DTX - təhlükəsizliyimizin keşikçisi və qürur yerimiz 
https://525.az/img/pics/medium/2024-03/308180_5psm62z4op.jpg Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg DAİM GƏLƏCƏKDƏ OLA BİLMƏYİN SADƏ SƏBƏBİ - Rafael Hüseynov yazır
search
28 Mart 2024

AFFA, bəlkə Tahir Süleymanovu bu dəfə eşidəsiniz?

AFFA, bəlkə Tahir Süleymanovu bu dəfə eşidəsiniz?

"İnter" komandasının adını dəyişib heç bir məna daşımayan "Keşlə" qoyublar. "Keşlə" deyən kimi də adamın gözünün qabağına ordakı "Bombey məhlələri" düşür. "İnter"in sabiq bolqar prezidenti də çox yaxşı bir ironiya edib. Deyib ki, barı heç olmasa Zabrat qoyaydılar.

Bölgələrimizdə futbol ölür. Futbol deyəndə elə idmanın bir çox növü. Yüksək liqamızda bircə bölgə komandası var "Kəpəz", qalanları Bakıdadı. Bu Azərbaycan çempionatı deyil, Bakı çempionatıdı. Bir sözlə, hamını yığırıq Bakıya, bir də görəcəyik Bakı əyildi.

Dünən Azərbaycan futbolunda sözü və yeri olan, beynəlxalq dərəcəli hakim Tahir Süleymanovla bir telefon söhbətimiz oldu. Elə bu "İnter"lə bağlı. Tahir müəllim, çox ciddi və ağıllı bir təklif irəli sürdü. Bildirdi ki, "İnter"i Mingəçevirə köçürməliyik, adı da olsun "Kür". Mingəçevirdə futbolun inkişafı üçün hər cür şərait var, həm gözəl stadionu var, həm də güclü maddi-texniki bazası var. Klubun burda fəaliyyət göstərməsi üçün heç bir əngəl yoxdu. Onu da vurğuladı ki, Mingəçevirdə həmişə futbol olub, hətta SSRİ çempionatında iştirak ediblər. Komandanın da adı o vaxt "Toxucu" idi. Və həmin komanda da ölkənin əsas komandası olan "Neftçi"yə həmişə bacarıqlı futbolçular verib. Əsas məsələnin də biri odur ki, Mingəçevirdə futbolu sevirlər, özü də 120 min nəfərlik inkişaf etmiş bir sənaye şəhəridi.

Məmnuniyyətlə, görkəmli referimizin bu təklifini dəstəkləyirəm və alqışlayıram.

AFFA, bəlkə Tahir Süleymanovu bu dəfə eşidəsiniz? Həm bir şəhəri sevindirmiş, həm də bölgələrimizdə futbolun inkişafına xidmət etmiş olursunuz.

Aqil ABBAS

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.