“Fremont” otelində məskunlaşan turist avtomatda oyub zamanı 11,8 milyon dolllar qazanıb.
Rusiya mətbuatının yazdığına görə, ABŞ-ın Las-Veqas şəhərindəki “Fremont” otelində istirahət edən Koliforniya sakini T. Rodolf avtomatda oyun oyanayarkən 11,8 milyon dolllar qazanıb.
Oyun üçün qoyulan ən yüksək məbləğ 3 dollar olub. T. Rodolfun bildirir ki, bir neçə cəhtdən sonra uğur qazanıb.
"Fremont" oteli indiyə qədər belə məbləğin qazanılmadığını bildirib.
Zeynəb ƏKBƏR