|
|
|
|
Böyük Britaniyanın paytaxtı Londonun simvolu sayılan məşhur “Biq Ben” saatı bir neçə il müddətində susacaq.
“Seqodnya.ru” saytının “Reuters” agentliyinə istinadən verdiyi xəbərinə görə, Vestministr qülləsində yerləşən məhşur saat qülləsi restavrasiya olunacaq.
“Biq Ben” saatının təmiri avqust ayının 21-dən başlayacaq və 4 il davam edəcək. 157 il fasiləsiz işləyən saatın əqrəbləri dayanacaq.
Mütəxəsislər bildirir ki, yenilənmədən sonra saatın əqrəbləri daha 200 il fasiləsiz çalışacaq.
Qeyd edək ki, şəhər rəhbərliyi saatın təmirinə 29 milyon funt-sterlinq xərclənəcəyini bildirib.
Zeynəb ƏKBƏR