Şimali Koreyanın ballistik raket sınaqlarının ardınca, ABŞ Cənubi Koreya ərazisinə nüvə silahı yerləşdirə bilər.
Rusiya mətbuatının verdiyi xəbərə görə, Cənubi Koreyanın əsas müxalif partiyası - “Azad Koreya” ABŞ nüvə silahını ölkə ərazisində yerləşdirməsinə nail olmağa çalışır.
Partiya deputatları bu barədə məruzə hazırlayırlar.
Xatırladaq ki, əvvəllər rəsmi Vaşinqton Cənubi Koreyada nüvə silahı yerləşdirmək niyyətində olmadığını, bunun regionda təhlükəli silahlanma yarışına gətirib çıxara biləcəyini bildirirdi.
Zeynəb ƏKBƏR