Azərbaycan prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, uzunmüddətli səmərəli fəaliyyətinə görə Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına və mülki işçilərinə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar müəllim”
Qəhrəmanova Çimnaz Müslüm qızı
“Əməkdar həkim”
Yusif-zadə Kənan Rafael oğlu – tibb xidməti polkovnik-leytenantı Fərəcova Sona Ədalət qızı – tibb xidməti polkovnik-leytenantı