Uluslar arası Türkcə Dərnəyi tərəfindən “Beynəlxalq Dil və Mədəniyyət Festivalı” çərçivəsində təşkil edilən 11-ci Beynəlxalq Türkcə Olimpiadaları və Mədəniyyət Şənliyi, cari il “Qlobal Sülhə doğru” şüarı ilə başlayır.
Türkcə Olimpiadaları, İstanbul Atatürk Olimpia Stadionunda keçiriləcək mətbuat toplantısı ilə start götürəcək.
İyunun 16-nadək davam edəcək Beynəlxalq Dil və Mədəniyyət Festivalı tədbirləri, 140 ölkədən 2 min finalçının iştirakı ilə Türkiyə səviyyəsində 55 vilayət və 99 səhnədə keçiriləcək.