Livan ordusu Suriya ilə sərhəddə yerləşən Cürüd-əl-Kaa bölgəsinin İŞİD terror təşkilatından azad edilməsi üçün əməliyyata başladığını deyib.
Trend-in məlumatına görə, bu barədə Livan Müdafiə Nazirliyinin keçirdiyi mətbuat konfransı zamanı deyilib.
Qeyd olunur ki, İŞİD Livan-Suriya sərhədində 120 kvadrat kilometrə yaxın əraziyə nəzarət edir.
Həmin bölgədə 600-ə yaxın silahlının olduğu bildirilib.
Əməliyyatın sərhəd bölgəsi tam azad olunana qədər davam edəcəyi məlumat verilib.