../img/pics/medium/166212_utuzjotrwj.jpg Qazaxlı şəhidin ailəsinin qayğılarına diqqət göstərilir
../img/pics/medium/166201_hq5i5zx227.jpg Biz nə istəyirik?! - Şahanə Müşfiqin yazısı
../img/pics/medium/166204_t5ne20perq.jpg Müğənnilərin toy davası - Aytac Aslanın yazısı
../img/pics/medium/166200_pohy7jciak.jpeg Deputat: "Bu qardaşlıq nümayişi mənfur qonşularımıza göz dağı oldu" - Video
SON XƏBƏRLƏR
11 Avqust 2020
10 Avqust 2020

"Sevinirəm ki, düşmənlərimiz də bizə səs verdi"- Fərid Məmmədov

"Sevinirəm ki, düşmənlərimiz də bizə səs verdi"- <b style="color:red">Fərid Məmmədov</b>

“Eurovision 2013” mahnı müsabiqəsində Azərbaycana ikincilik qazandıran Fərid Məmmədovun ANS PRESS-ə müsahibəsi:

- İlk öncə "Eurovision-2013" mahnı müsabiqəsindən Bakıya dönərkən soyuq qarşılanmanıza aydınlıq gətirərdiniz? Yəni deyilənlərə görə sizi heç kim qarşılamayıb, siz taksi il qayıtmısınız.
- İlk öncə deyim ki, 2 ayın ağır zəhmətindən sonra öz uğurumuza imza atdıq. Gecə-gündüz ağır məşqlərimiz gedirdi. Biz yüksək nəticəyə inanırdıq. Şükür Allaha pərt olmadıq. O ki qaldı qarşılanmağa, mən hər bir şeydən razıyam. Çünki biz Bakıya gələndə artıq səhər 5 olardı. Özüm heç kimə deməmişdim ki, səhər-səhər insanları narahat etməyək. Sadəcə özümüz, kollektivimiz ağır iş qrafikindən sonra o qədər yorğun idi ki, istəyirdik az adam olsun. Yorğun halda aeroportdan düşəndən sonra az adamla danışaq. Ona görə də, sadəcə yaxınlar və dostlar bizi qarşıladı.

- Ümumiyyətlə siz deməsəniz də, yəqin gəlmə vaxtınızı bilənlər vardı. Sizi lazımınca qarşılaya bilərdilər.
- Biz özümüz təntənəli qarşılanmağın əleyhinə idik. Rəhbərlik də bu istəyimizi nəzərə aldı. Yenə də təşəkkür edirəm ki, istəyimizi yerinə yetiridlər.

- Fərid bəy, səhnədə olarkən Azərbaycanın dəstəyini necə hiss etdin? Ümumiyyətlə, özünü səhnədə necə hiss edirdin?
- Özümü səhnədə çox yaxşı hiss ediridim. Çox rahat idim. 2 ay idi dayanmadan məşq edirdik. Uğurumuza inanırdıq. Bizə dəstək də güclü idi. Buna görə hər kəsə minnətdaram.

- Ümumiyyətlə buna qədər peşəkar musiqi ilə məşğul olurdunmu?
- Mən uşaqlıqdan ifa edirəm. Məni Aybəniz Haşımovanın "Bülbüllər" ansamblından tanıyırlar. Orada bizim çox nominasiyalarımız, diplomlarımız var. Mən özüm də çox nominasiyalarda iştirak etmişəm.

- "Eurovision 2013" mahnı müsabiqəsində I yeri tutan Danimarkanın yarışda plagiat mahnı ifa etdiyi bildirilir. Əgər bu sübut olunarsa, avtomatik olaraq Azərbaycan I yerə yüksələcək. Buna münasibətiniz?
- Düşünürəm ki, bu mümkünsüz bir şeydir. Onlar artıq heç bir şeyi qaytaran deyillər. Hər il yarışlarda hansısa söhbətlər olur. Biz onsuzda qalibik. Çünki pis nəticə deyil. Danimarkanın özündən ən yüksək səs gəldi bizə. Gözləmədiyimiz ölkələrdən, Avstriyadan, Fransadan bizə səs gəldi. Buna artıq şükr etmək lazımdır.

- Bundan sonra musiqi fəaliyyətini necə davam etdirəcəksən?
- Konsertlər olacaq. Yeni mahnılar olacaq. Planlaşdırırıq ki, Bakıda avqust ayında möhtəşəm konsert verək. Fikrimiz var ki, konsertdə orketsrlə ifa edəcəyəm. Daha sonra kliplər, albomlar və s. olacaq.

- Bundan sonra həyatında hansı dəyişikliklər olub?
- Çox adam zəng vurur. Çox adam məndən yazır. Tanımadıqlarım artır. Əslində bu normaldır. Təbii ki, hansısa uğurdan sonra adam daha çox tanınır. Dostluq etmək istəyənlər çoxalır. Lakin mən köhnə dostları unutmuram. Tanışlar tanışlıqda qalır. Məndə elə bir şey dəyişməyib ki, gözəçarpan olsun. Həmişə Allaha şükür etmişəm və indi də Rəbbimə minnətdaram. Gələcəkdə də nələr olacaqsa, Allahın izni ilə olsun.

- Şəxsi həyatında hansı yeniliklər olub? Sevgini nəzərdə tuturam.
- Düzü xoşlamıram şəxsi həyatımdan danışmağı. Sadəcə mənə sevgisini ifadə edənlər çoxalıb. Çoxları tanıdığına görə mənə bir az da yaxın olmaq istəyir. Yazırlar. Yenə də deyirəm ki, bu normaldır.

- Yəqin ki, xəbərin var, yarış bitəndən sonra Rusiya ilə Azərbaycan arasında səs qalmaqalı yaranmışdı. Bu məsələ səni təəccübləndirdimi?
- Təbii ki, təəccübləndirdi. Çünki inanmıram ki, Azərbaycandan ora səs getməyib. Lakin bu məsələyə qarışmaq istəmirəm. Mənim fikirim tam ifamda idi. Fikirim yalnız Azərbaycanı yüksək səviyyədə təmsil etmək idi. Şükür Allaha buna nail ola bildim.

- “Eurovision-2013” mahnı müsabiqəsində ifan o qədər gözəl idi ki, Azərbaycan təmsilçisi Fərid Məmmədova ermənilər də səs verib. Melina Arzumanyan adlı Twitter istifadəçisi öz bloqunda belə yazıb: "Ermənilər məni bağışlasınlar. Amma mən öz səsimi Azərbaycana verdim! Gözəl mahnıdır! Gözəl ifaçıdır!". İstərdim bu məsələyə münasibətinizi bildirəsiz.

- Sevinirəm ki, düşmənlərimiz də bizə səs verdi. Deməli Azərbaycanın gücü o qədərdir ki, düşmənini hətta musiqi ilə ram edə bilir. Azərbaycan buna malik bir ölkədir. Çox sevinirəm.


 
Bölmənin digər xəbərləri
Rotterdam 2021-ci ildə “Eurovision”u qəbul etməyə hazırdır Rotterdam 2021-ci ildə “Eurovision”u qəbul etməyə hazırdır
Rotterdam Şəhər Şurasının üzvləri 2021-ci ildə Eurovision Mahnı Müsabiqəsinin keçirilməsinə səs veriblər. ...
24.04.20
Məşhur ifaçı koronavirusa yoluxdu Məşhur ifaçı koronavirusa yoluxdu
Amerikalı müğənni Pink koronavirusa yoluxduğunu açıqlayıb. ...
04.04.20
Arif Quliyev qadağanı pozdu Arif Quliyev qadağanı pozdu
Xalq artisti Arif Quliyev 65 yaşla bağlı qadağanı pozub, polis əməkdaşları onu evə göndərib. ...
26.03.20
Həbsdə olan tanınmış Hollivud prodüseri koronavirusa yoluxdu Həbsdə olan tanınmış Hollivud prodüseri koronavirusa yoluxdu
Həbsdə olan tanınmış Hollivud prodüseri Harvey Vaynştayn koronavirusa yoluxub. ...
23.03.20
Aktrisa Muhterem Nur vəfat edib Aktrisa Muhterem Nur vəfat edib
Türkiyənin məşhur aktrisası vəfat edib. ...
20.03.20
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.