Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netanyahu avqustun 23-də Soçidə görüş keçirəcək.
Rusiya mətbuatının xəbərinə görə, görüş İsrail baş nazirinin qısa iş səfəri vaxtı olacaq.
Putin və Netanyahu görüş zamanı beynəlxalq terorizmi, Suriya problemini, İsrail-Fələstin münasibətini və iki ölkə arasındakı əlaqələri müzakirə edəcəklər.
Zeynəb ƏKBƏR