Bu gün 2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatır.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, prosesə avqustun 1-dən başlanılıb.
İlk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilir.
Avqustun 1-dən bu günədək 9000 nəfər qeydiyyatdan keçib.