Prezident İlham Əliyev Elşad Həmidova “Əməkdar həkim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, E. Həmidova fəxri ad Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində səhiyyə sahəsinin inkişafında xidmətlərinə görə verilib.