|
|
|
|
Kolumbiya prezidenti Xuan Manuel Santos prostat xərçəngi olduğunu açıqlayıb.
525.az-ın məlumatına görə, paytaxt Boqotada həyat yoldaşı və həkimiylə birlikdə mətbuat konfransı keçirən Santos şişin vaxtında müəyyən edildiyini və sabah kəsiləcəyini bildirib.
61 yaşlı prezident şişin kiçik olduğunu söyləyib və əməliyyatdan sonra 5=6 həftə dincələcəyini qeyd edib.