https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
28 Mart 2024

"Bakı"da oynayan voleybolçunun həyat yoldaşı ilə meyiti tapıldı

"Bakı"da oynayan voleybolçunun həyat yoldaşı ilə meyiti tapıldı

Azərbaycan Super Liqasının bürünc mükafatçısı olan İnqrid Visserin meyiti tapılıb.
 
Apasport.az saytının məlumatına görə, “Bakı” klubunun heyətində “Çelenc Cup”ın finalında oynamış Hollandiya millisinin sabiq voleybolçusu və onunla birgə yoxa çıxan həyat yoldaşı Lodevijk Severeyn qətlə yetirildiyi müəyyənləşib.

Onların meyitləri İspaniyanın Mursiya şəhərindən 20 km kənarda yerləşən kənddən tapılıb. Belə ki, polis mayın 13-də bu şəhərdən yoxa çıxan cütlüyün öldürüldüyü qənaətinə gəlib. Artıq bu barədə cinayət işi açılıb və 2 şübhəli şəxs həbs olunub.

Qeyd edək ki, 36 yaşlı Visser 2011/2012 mövsümündə “Bakı”ın şərəfini qoruyub və karyerasını bu klubda bitirib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.