|
|
|
|
Bugünlərdə “Azərbaycan” jurnalının sentyabr sayı çapdan çıxıb.
Jurnalın bu sayında “Poeziya” bölməsində Könül Arif, Fəxrəddin Əsəd, İnqilab İsaq, Fəxri Müslüm, Rizvan Nəsiboğlu, Nazir Rüstəm, Oktay Abdulla, İradə Əlilinin şeirləri və Rəfail Tağızadənin “Qara-qırmızı Xocalı” poeması çap olunub. Alpay Azərin “Həyat epiqrizi” romanı jurnalın “Nəsr” bölməsindədir. “Yeni tərcümələr”də Vilayət Quliyevin “Miksat Kalman və onun “Türk povesti” məqaləsi və onun tərcüməsində M.Kalmanın “Danışan kürk” əsəri yer alıb. “Yazıçının arxivindən” rubrikasında Yalçın Qocayevin “Ulduz körpüsündə çat” povesti, “Xatirələr, duyğular”da Tofiq Məliklinin “Ömür yolum, taleyim” yazısı, “Publisistika” bölməsində Vahid Qazinin “Dumansız Albion” məqaləsi var.
“Tənqid və ədəbiyyatşünaslıq” bölməsində Nərgiz Cabbarlının “Tarixi roman, yoxsa romanda tarixilik?!”, Nizaməddin Şəmsizadənin “Bir əlində silah, bir əlində qələm”, Gülşən Əliyeva- Kəngərlinin “Şeirimizin “quş dili” məqalələri çap olunub.
“Molla Pənah Vaqifin 300 illiyi ərəfəsində” adlı xüsusi rubrikada Lalə Əlizadə “Vaqif sözünün gerçəyi” məqaləsi ilə çıxış edib.
ŞAHANƏ