Myanma lideri Aun San Suçin rohingiya müsəlmanlarının ölümü ilə bağlı beynəlxalq ictimaiyyətin qınadığından qorxmadığını bildirib.
BBC Rusiyanın xəbərinə görə, bunu parlament qarşısında çıxış edən ölkə rəhbəri bəyan edib:
”Myanma rohingiya hadisələrinə görə tənqiddən qorxmur”.
Parlament qarşısında çıxışını davam etdirən prezidenti Banqladeşə sığınan rohingiyalıların vətəndaşlıqlarını nizama salaraq geriyə, öz ölkəsinə qayıtmasına icazə verməyə hazır olduğunu da açıqlayıb.
Qeyd edək ki, bu çıxış ölkə başçısının Arakan qətliamı ilə bağlı ictimaiyyət qarşısında ilk çıxışı olub.
Zeynəb ƏKBƏR