https://525.az/img/pics/medium/2024-04/310725_mwhj16sh30.jpg Ekoloji sağlamlıq ölkəmizdə dövlət siyasəti prioritetidir
https://525.az/img/pics/medium/2024-04/310717_1fivjqvlxn.jpeg Sabiq səfir həqiqətləri açıqlayır
https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
search
20 Aprel 2024
19 Aprel 2024

Azad Rəhimov V Asiya Oyunlarının açılış mərasimində

Azad Rəhimov V Asiya Oyunlarının açılış mərasimində

Sentyabrın 17-də Türkmənistanın paytaxtı Aşqabadda V Asiya Oyunlarının açılış məsimi keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov da iştirak edib. Səfəri çərçivəsində Azad Rəhimov bir sıra ölkələrin nümayəndə heyətlərinin üzvləri, o cümlədən, Türkiyənin gənclər və idman naziri, Belarusun idman və turizm naziri, Rusiya Federasiyası Tatarıstan Respublikasının gənclər və idman naziri və bir sıra beynəlxalq qurumların rəhbərləri ilə görüşlər keçirib.

Məlumat üçün əlavə edək ki, bu gün nazir A.Rəhimovun Minskə səfəri başlayır. Səfərin əsas məqsədi Minsk 2019 II Avropa Oyunları Koordinasiya Komissiyasının iclasında iştirak etmək və hazırlıq prosesi ilə yaxından tanış olmaqdır. Koordinasiya komissiyasının iclası çərçivəsində oyunların rəsmi proqramı, idman yarışlarının proqramı, atletlər kəndində görüləcək işlər, Milli Olimpiya Komitələri ilə işin qurulması, yayım, marketinq, könüllülük, nəqliyyat və digər mövzular müzakirə olunacaq. Səfər çərçivəsində nazir, Minsk 2019 II Avropa Oyunları Koordinasiya komissiyasının üzvü A.Rəhimov yarışların baş tutacağı Minsk Arena, Gimnastika arenası, Velosiped mərkəzi, Badminton mərkəzi və digər idman obyektlərinə də baxış keçirəcək.

Ceyhun ABASOV

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.