İnfarkt keçirərək Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən tanınmış jurnalist Azər Hüseynbalanın ürək damarına stend qoyulub.
Mərkəzi Klinikadan APA-ya verilən məlumata görə, Azər Hüseynbala anjio olunub, ürək damarlarından birinə stend taxılıb.
Hazırda onun vəziyyəti normal qiymətləndirilir.
*** 11:33
Tanınmış jurnalist Azər Hüseynbala infarkt keçirib.
Bu barədə APA-ya jurnalistin oğlu Turqut məlumat verib. Onun sözlərinə görə, A. Hüseynbala ötən gün ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.