|
|
|
|
“Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir.
ABŞ Konqresi bu ölkə ilə əlaqələrə daha çox diqqət ayırmalıdır”. APA-nın xəbərinə görə, bunu Bakıda keçirilən «Azərbaycan-ABŞ: Gələcəyə baxış» adlı forumda iştirak edən ABŞ-ın keçmiş energetika naziri, Nyu Meksoko ştatının sabiq qubernatoru Bill Riçardson deyib.
O, Azərbaycanı ABŞ-ın müttəfiqi adlandırıb: “Xəzər regionunda Azərbaycanın rolu çox mühümdür”.
Sabiq nazir Azərbaycanın böyük sürətlə modernləşdiyini bildirib: “ABŞ bu məsələdə istənilən dəstəyi göstərməyə hazırdır. Təbii ki, energetika münasibətlərimizin təməl nöqtəsidir. Amma bu başlanğıcdır, biz münasibətlərimizi daha da genişləndirməli və diversifikasiya etməliyik”.