Türkiyә üçün tarixi bir layihәnin tәmәli qoyulur.
Artıq İstanbul boğazına 3-cü körpünün tikilmәsinә başlanılıb.
2015-ci ildә tamamlanacaq körpü texniki xüsusiyyətlərinə görə dünyada ilk olacaq. Tәxminәn 6 milyard lirәyә başa gələcək körpünün uzunluğu 2 min 164 metr olacaq.
İstanbulun fәth edilmәsinin 560-cı il dönümdә reallaşdırılacaq tәmәl qoyma mәrasimindә dövlət başçısı Abdulla Gül, baş nazir Rәcәb Tayyib Әrdoğan, Mәclis sədri Cәmil Çiçәk vә digәr qonaqlar iştirak edәcәklәr.