https://525.az/img/pics/medium/2024-04/310613_3txrqbjb33.jpg Peşəsinə vurğun
https://525.az/img/pics/medium/2024-04/310546_lmh1mc5acl.jpg Anardan Nəsiman Yaqublunun araşdırmalarına diqqət və təqdir
https://525.az/img/pics/medium/2024-04/310594_opjniwvfxv.jpeg I Gənc mədəniyyət müxbirləri məktəbinə start verilib
https://525.az/img/pics/medium/2024-04/310578_my8e7ua1yj.jpg “525-ci qəzet”in 19 aprel sayında nələr var? - ANONS
search
19 Aprel 2024
18 Aprel 2024

Rıdvan Dilmen: “Sərgənin Azərbaycan haqda dedikləri doğru deyil” - Müsahibə

Rıdvan Dilmen: “Sərgənin Azərbaycan haqda dedikləri doğru deyil” - Müsahibə

Türkiyənin “NTVSpor” telekanalının şərhçisi Rıdvan Dilmənin APA-Holding” əməkdaşlarına eksklüziv müsahibəsi

- Bakıya səfərlə bağlı təəssüratlarınız necədir?
 
- Azərbaycan millisini çox izləmişəm. Hətta Türkiyəni Bakıda 1:0 hesabı ilə yendiyiniz matçda şərhçilik də etmişəm. Açığı, çempionatınızla maraqlanmaq istəyirdim. İndi 2 ən yaxşı komandanızın oyununu izləmək şansım oldu. Bildiyimə görə, çempionluğu “Neftçi” qazanıb. İndi izlədiyim matçın 74-cü dəqiqəsinə əsasən deyə bilərəm ki, daha yaxşı heyətə sahibdirlər. Final oyunu tək matçdan ibarət olduğu üçün ehtiyatlı oynayırlar, top əsasən, meydançanın mərkəzində görünür. Çox maraqlı oyundur. Komandalarınızı bəyəndim. Çempionatda sizin yaxşı komandalarınızın olduğunu düşünürəm. Görürəm ki, çox irəliyə getmisiniz.

- “Neftçi” ötən mövsüm ölkəmizi ilk dəfə Avroliqanın qrupunda təmsil etdi. Heç onların oyununa baxdınızmı?
 
- Bir dəfə “Partizan”la oyunlarına baxmışdım. Səhv etmirəmsə, qalib gəlmişdilər (əslində isə Serbiya klubu ilə hər 2 oyun heç-heçə bitib – red.). “İnter”lə Milandakı matçda isə “6” nömrə (Rəşad Sadiqov) gözəl qola imza atmışdı. “17” nömrəli gənc oyunçu (Araz Abdullayev) da yaxşı futbolçudur. “Neftçi”nin çox yaxşı oyunçuları var. Hər halda, 5 il əvvəllə müqayisədə Azərbaycan futbolunda irəliləyiş var. Düşünürəm ki, 5-6 il sonra yatırılan pulların nəticəsi kimi meyvələri dərəcəksiniz.

- Çalışdığınız telekanalda bu səfərlə bağlı danışmaq fikriniz var?

- Bura Mübariz Mənsimovun dəvəti ilə gəldik. Bu, mənim Bakıya ikinci səfərimdir. AFFA prezidenti ilə tanış olduq. Bizə qarşı çox diqqətli davrandılar. Sağ olsunlar, bütün Azərbaycan xalqına çox təşəkkür edirəm. Təbii ki, bu həftə veriliş efirə gedərsə, mən bu matç haqda telekanalda danışacağam.

- “NTVSpor”dakı şərhçi həmkarınız Sərgən Yalçın Türkiyə - Azərbaycan matçından öncə millimizi aşağılamışdı...
 
- Təbii ki, bu, doğru deyil. Sərgən də bizim qardaşımızdır. Sonucda belə bir həqiqət var: Burada layiq olduğu qələbəni qazanan Azərbaycan millisi vardı. Digər tərəfdən, mən Türkiyəyə qayıdarkən demişdim ki, Azərbaycanı artıq Bakıda məğlub etmək asan deyil. Həqiqətən də burada qalib gələnlər belə, əl-qollarını sallayıb yenə bilmirlər, çətinliklə üzləşirlər. Azərbaycanda 5-6 il əvvəllə indiki arasında ciddi fərq var. Mən Belçikada da bir irəliləyiş görürəm. Bu ölkədən sonra Azərbaycanda da bir tərpəniş var. Bəlkə proses yavaş gedir, amma doğru istiqamətdədir. Mən bu məsələdə Sərgənin fikirləri ilə şərik deyiləm.

- Rüştü ilə siz “Fənərbağça”lı, Mübariz Mənsimov isə “Beşiktaş”lı kimi tanınır. Necə oldu ki, sizin aranızda dostluq əlaqələri yarandı?

- Mübariz bəy Türkiyədə çox sevilən insandır. O, “Qalatasaray”, “Beşiktaş” və “Fənərbaxça” camiəsində çox tanınan birisidir. Hətta “Beşiktaş”ın hər konqresində Mübariz bəydən ya klub prezidenti, ya da idarəçi olmaq xahiş olunur. O, təkcə idman yox, ticarət sahəsində də önəmli insandır. Biz də onu tək idmanda yox, sosial həyatdan tanıdıq. Hətta 5-6 il əvvəl mənə təklif də göndərmişdi. Halbuki o vaxt aramızda belə səmimiyyət yox idi. Müqaviləm olduğu üçün təklifi qəbul edə bilməmişdim. Azərbaycan – Türkiyə əlaqələri anlamında onun önəmli rolunun olduğunu düşünürəm. Bizim “Fənər”li, onun “Beşiktaş”lı olması problem deyil. Aramızda xüsusi dostluq əlaqələri mövcuddur.

- Oktay Dərəlioğlunun “Xəzər Lənkəran”da oynadığını bilirdinizmi?

- Səhv etmirəmsə, “Xəzər Lənkəran”a gələn ilk türk oyunçu Oktay idi. Sonra Rasim Kara komandanın baş məşqçisi oldu. Bildiyimə görə, hazırda Gökhan Güləç də buradadır. 3-4 türk oyunçu burda çıxış etdi. Açığı, istədiyini ala biləcəyin oyunçuları oynatmaq faydalıdır. Bu matçı izləyən türkiyəli futbolçu Azərbaycanda oynamağa razılıq verər. Taktika, intizam baxımından məsələyə yanaşdıqda irəliləyiş hiss olunur.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.