https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
https://525.az/img/pics/medium/2024-04/310544_k4ade02sjo.jpg Estetik əməliyyatlara maraq niyə artır?
https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
https://525.az/img/pics/medium/2024-04/310612_wmh02p1qw2.jpg Göydəki kişi bilər, ona min şükür...
search
19 Aprel 2024

Hafiz Məmmədov İspaniya kralı ilə görüşüb- Fotolar

Hafiz Məmmədov İspaniya kralı ilə görüşüb- Fotolar

“Bakı” klubunun prezidenti Hafiz Məmmədov İspaniya kubokunun “Real” və “Atletiko” komandaları arasında "Santyaqo Bernabeu" stadionunda keçirilən final oyunu zamanı İspaniya kralı Xuan Karlos I tərəfindən qəbul olunub.

Qol.Az-ın məlumatına görə, görüş zamanı H.Məmmədov krala Azərbaycan prezidenti İlham Əliyev tərəfindən ölkəmizə səfər etmək dəvətini bir daha təsdiqləyib, səfərin yaxın zamanlarda baş tutacağına ümidvar olduğunu bildirib.

Daha sonra H.Məmmədov İspaniya xarici işlər naziri Xose Qarsiya Marqallo ilə görüşdə qarşı tərəf dövlətlərimiz arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib, yaxın zamanlarda Azərbaycan Respublikasında İspaniya Krallığının Səfirliyinin açılmasını bir daha təsdiqləyib, ölkəmizə səfər etməyi planlaşdırdığını və açılış mərasimində şəxsən iştirak etmək arzusunda olduğunu vurğulayıb. Eyni zamanda nazir qeyd edib ki, aprelin 29-30-da "Atletiko" (Madrid) klubunun Azərbaycana səfər zamanı müşayiət etmiş İspaniyanın nüfuzlu iş adamları bu prosesin səfirliyin tez bir zamanda açılmasını təkidlə israr etmiş, Azərbaycanla iqtisadi əlaqələrə böyük önəm verdiklərini bildiriblər.

Öz növbəsində H.Məmmədov dövlətimizin İspaniya ilə əlaqələrin hərtərəfli genişləndirməsinə hazır olduğunu, qarşılıqlı yüksək səviyyəli səfərlərin münasibətlərimizin möhkəmləndirilməsinə mühüm təkan verə biləcəyini qeyd edib.

H.Məmmədov İspaniya Krallığının baş nazirinin müavini xanım Soraya Saenz de Santamaria, mədəniyyət və idman naziri Xose İqnasio Orteqa və turizm naziri Xose Manuel Lopezlə keçirdiyi görüşlərdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Xatırladaq ki, mayın 18-də "Atletiko"nun İspaniya kubokunun finalındakı qələbəsi ilə bağlı Madrid şəhərinin mərkəzində tədbir təşkil olunub. Yüzminə yaxın azarkeşin iştirak etdiyi tədbirdə "Atletiko" klubunun oyunçuları üzərində Azərbaycan Respublikasının bayrağı ilə bəzədilmiş avrobusla gəliblər. Səhnədə "Azerbaijan: land of fire" adlı böyük banner quraşdırılıb. Həmçinin qeyd etmək lazımdır ki, şənlik zamanı " Atletiko" klubunun aparıcı oyunçularından biri, əslən türk olan Arda Turan Azərbaycan və Türkiyə bayraqlarına bürünüb.


HAFİZ MƏMMƏDOV "ATLETİKO"NUN TƏŞKİL ETDİYİ TƏDBİRLƏRDƏ







Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.