../img/pics/medium/166125_r3byhvz8hl.jpg İrəvan məscidi kilsəyə çevrilir - Müsəllim Həsənovun qeydləri
../img/pics/medium/166121_mjzoo3icqb.jpg Məsuliyyətli işin öhdəsindən layiqincə gələnlər
../img/pics/medium/166097_3iskoum0e5.jpg Müdafiə nazirinin daha bir sabiq müavini vəfat edib
../img/pics/medium/166086_o2j55askgj.jpg "Heç vaxt atamın adına söykənmək istəməmişəm" - Mirhacib Məcid ilə müsahibə
SON XƏBƏRLƏR
10 Avqust 2020
9 Avqust 2020

Mənsimov: “Təkcə Arşavin yox...”

Mənsimov: “Təkcə Arşavin yox...”<b style="color:red"></b>

“Xəzər Lənkəran” futbol klubunun prezidenti Mais Mənsimov Andrey Arşavini transfer etmələrinə dair iddialara münasibət bildirib.

Mənsimov Lent.az-a eksklüziv açıqlamasında bildirib ki, təkcə rusiyalı hücumçunun deyil, digər tanınmış futbolçuların da “ağ-yaşıl” formanı geyinməsini mümkün sayıb: “Bir klub prezidenti kimi Arşavinlə müqavilə bağlamadığımızı bəyan edirəm. Amma deyə bilmərəm ki, onun gələcəkdə komandamızda yer alma ehtimalı ümumiyyətlə yoxdur. Sabah nə desən ola bilər. Gələcəkdə təkcə Arşavin yox, dünyanın digər tanınmış futbolçularının da “Xəzər Lənkəran”a keçidi mümkündür. Amma hələlik belə bir şey yoxdur”

Qeyd edək ki, “Eurosport”un verdiyi məlumata görə, İngiltərə “Arsenal”ı ilə müqaviləsi başa çatan rusiyalı futbolçu Andrey Arşavinə “Xəzər Lənkəran” ildə 20 milyon funt sterlinq ödəməyə hazırdır. Bu, dünyanın transfer tarixinə düşəcək təkliflərdəndir.

Keçid baş tutsa, Arşavin həftədə təqribən 400 min funt qazanacaq. Bununla da ulduz futbolçu Rusiya “Anji”sində forma geyinən və həftədə 330 min funt qazanan Samüel Eto O-nu geridə qoyacaq.

Qeyd edək ki, Andrey Arşavinlə İngiltərənin “Fulhem” klubu da maraqlanır.


 
Bölmənin digər xəbərləri
Ramil Şeydayev daha 1 il “Sabah”da çıxış edəcək Ramil Şeydayev daha 1 il “Sabah”da çıxış edəcək
"Sabah” klubu futbolçusu Ramil Şeydayevlə yeni müqavilə bağlayıb. ...
01.08.20
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.