Azərbaycan Silahlı Qüvvələrindəki mənbələrdən isə APA-ya bildirilib ki, son bir neçə gündə Qarabağ cəbhəsində ermənilərin ön xəttə əlavə canlı qüvvə və hərbi texnika yerləşdirməsi müşahidə olunur. Eyni zamanda qarşı tərəf mühəndis istehkam maneələrini gücləndirir, mövqelərində möhkəmləndirmə işləri aparır.
14:16
İyunun 4-nə keçən gecə Azərbaycan ordusunun hissələri cəbhənin Kəlbəcər istiqamətində düşmənin mövqelərinə hucuma keçib. Modern.az bildirir ki, bu barədə erməni KİV-ləri xəbər yayıblar.
Ermənistan Müdafiə Nazirliyi bu xəbərləri təsdiq edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Arsrun Ovanesyan bildirib ki, Azərbaycan silahlı qüvvələri sərhəddi gərginlikdə saxlayır.
“Azərbaycan ordusu sərhəddə gərginlik yaratmağa cəhd edir. Bununla bağlı bütün məsuliyyəti Azərbaycanın üzərinə düşür. Son günlər Azərbaycan tərəfinin mövqelərində böyük hesabla götürdükdə ciddi dəyişiklik yoxdur” ”-deyə MN sözçüsü təşvişlə bəyan edib.
Ovanesyan bildirib ki, erməni hərbçiləri müqavmət göstəriblər. O, erməni tərəfinin itkiləri barədə danışmayıb.
Azərbaycan Müdafiə Nazirliyi ilə xəbəri dəqiqləşdirmək mümkün olmayıb.