https://525.az/img/pics/medium/2024-04/310613_3txrqbjb33.jpg Peşəsinə vurğun
https://525.az/img/pics/medium/2024-04/310546_lmh1mc5acl.jpg Anardan Nəsiman Yaqublunun araşdırmalarına diqqət və təqdir
https://525.az/img/pics/medium/2024-04/310594_opjniwvfxv.jpeg I Gənc mədəniyyət müxbirləri məktəbinə start verilib
https://525.az/img/pics/medium/2024-04/310578_my8e7ua1yj.jpg “525-ci qəzet”in 19 aprel sayında nələr var? - ANONS
search
19 Aprel 2024
18 Aprel 2024

Mahir Şükürov: “Şans 60/40 -a “Neftçi”nin tərəfindədir”

Mahir Şükürov: “Şans 60/40 -a “Neftçi”nin tərəfindədir”

 Oktyabrın 4-də Avropa Liqasının qrup mərhələsində “Neftçi” İtaliyanın “İnter” komandasına qarşı keçiriəcək matçla əlaqədar hazırlığı davam etdirir. Oyun ərəfəsində paytaxt klubunun müdafiəçisi Mahir Şükürov Qol.Az saytının suallarını cavablandırıb

- “İnter”lə görüşə hazırlıqlar necə gedir?

- Artıq doqquz gündür ki, bu matça ciddi hazırlaşırıq. Klubumuzun prezidenti Sadıq Sadıqov  məşqlərimizdə şəxsən iştirak edir. Hər bir futbolçunun problemləriylə yaxından məşğul olurlar ki, heç birinin çətinliyi olmasın. Bilirik ki, bizi çətin bir görüş gözləyir. Ona görə də hər kəs məsqlərdə məsuliyyətlə çalışır.

- Bəs psixoloji cəhətdən necə, komandada problem yoxdur ki?

- İstər-istəməz güclü komandaya qarşı oynayada görüşə daha yaxşı köklənirsən. Özünü daha yaxşı tərəfdən göstərmək üçün 2-3 dəfə çox güc sərf etməyə çalışırsan. Hazırda komandadakı ab-hava yüksəkdir. Bu baxımdan, heç bir psixoloji problem yoxdur.

- Klub rəhbərliyi “İnter”lə oyunda qarşınıza hansı məqsədi qoyub?

- Biz futbolçular da istəyirik ki, qalib gəlib klub rəhbərliyini, azarkeşləri sevindirək. Bildiyimizə görə, artıq biletlərin səksən faizi satılıb. Bu da stadionda əsl anşlaqın olacağından xəbər verir. Klub rəhbərliyi bizdən bu görüşdə qələbə istəyir.  Düzdü, öncədən qalib gələcəyimizi dəqiq söyləmək olmaz.  Çünki rəqibimiz asan məğlub olacaq komanda deyil. Ancaq qalib gəlməkdən ötrü nə gücümüz varsa, ortaya qoyacağıq.
 
- Bəs, heç-heçəni necə qənaətbəxş hesab edəcəksinizmi?
 
- Heç-heçə də pis nəticə olmaz. Çünki rəqibimiz dünya səviyyəli komandadır.

- Yəqin ki, rəqibinizi təhlil etmisiniz. Bugünkü “İnter haqda fikrin necədir?

- Rəqibin ən güclü mövqeyi hücumdadır. Çünki həmin mövqedə Milito və Kassano kimi ulduz futbolçular oynayırlar. Onların hər ikisi son çempionat oyununda “Fiorentina”nın qapısına qol vurmağı bacarıblar. Çox əla formadadırlar. Birdə mərkəzlərini güclü hesab edirəm. Lakin müdafiə xəttləri sabit çıxış etmir. Baş məşqçinin verdiyi taktika sayəsində bu boşluqdan yararlanmağa çalışacağıq.

- Bu iki adlı-sanlı hücumçuya qarşı oynamaqdan çəkinmirsən ki?

- Mənim 18 yaşım yoxdur ki, onlardan çəkinəm. Karyeram ərzində kifayət qədər güclü futbolçulara qarşı mübarizə aprmışam və xeyli təcrübəyə malikəm. Mənim üçün problem deyil. Əslində daha əzmkar mübarizə aparacağam.

- Rəqibinizin müdafiəçilərinin bir neçəsinin yaşlı olması işinizə yarıya bilərmi?

- Bilirsiniz, yaş söhbəti Azərbaycanda qabarıq göstərilir. Lakin Avropada belə deyil. Əksinə daha təcrübəli futbolçuya ehtiyac duyurlar. Əgər bu gün Zanetti  formadadırsa,yaxşı nəticə göstərirsə, deməli, əsas heyətdə oynamağa layiqdir. Futbolda təcrübə çox şey deməkdir.

- İtaliya mətbuatı “İnter”in bir çox aparıcı üzvünün Bakıya gətirilməyəcəyi haqda xəbər yayıb. Bunu həftəsonu “Milan”la baş tutacaq derbiylə əlaqələndirirlər. Bu amil qələbə qazanmağınıza təkan ola bilərmi?

- “İnter”in ehtiyat heyətdəki futbolçuları da güclüdürlər. Ümumiyyətlə, belə bir komandada zəif futbolçu ola bilməz. Əksinə onlar əsas heyətdə yer qazanmaq üçün maksimum güc sərf edəcəklər.
 
- Qələbə şanslarınızı necə dəyərləndirirsən?

- Fikrimcə, şanslar 60/40 -a “Neftçi”nin tərəfindədir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.