|
|
|
|
Təhsil Nazirliyində növbəti yenilik edilib.
APA-nın xəbərinə görə, nazirliyin loqosu dəyişdirilib.
Əvvəlki loqoda bir kitabın içərisində Azərbaycan bayrağı olduğu halda, yeni loqoda bir neçə kitabın-dərsliyin içərisində Azərbaycanın gerbi yerləşdirilib.
Təhsil Nazirliyindən APA-ya Təhsil Nazirliyinin loqosunun dəyişdirildiyi təsdiqlənib.
Nazirlikdən deyilib ki, yeniliklər bununla yekunlaşmayacaq. Belə ki, Təhsil Nazirliyinin saytında da dəyişikliklər aparılacaq. Nazirliyin facebook səhifəsi isə artıq yeni formada hazırlanıb.