Azərbaycanın milli qəhrəmanı Mubariz İbrahimov haqqında “Mubariz” bədii filminin çəkilişinə tez bir zamanda start veriləcək.
Bu barədə ERA-prodakşın rəhbərləri Nicat Əjdər oğlu Hüseynov və Ruslan İsmayılov xəbər veriblər. Bir neçə həftə öncə internet saytlarında xəbər verildiyi kimi, filmdə əcnəbi kinemotoqrafçıların, peşəkar rejissorların və operatorların xidmətindən faydalanılacaq. Mübariz İbrahimovun 5 yaşından şəhid olana qədər keçdiyi həyat yolundan bəhs ediləcək filmdə, Heydər Əliyevin təkrar hakimyyətə qayıdışından, müharibəni dayandırmağından, gənclərimizin vətəni sevməsindən, xalqımıza torpağa bağlılığı və tərbiyyəvi əhəmiyyət kəsb edən çoxlu epizodlar yer alacaq.
Film Rusiyadan və bir neçə başqa ölkədə yaşayan Azərbaycanın tanınmış iş adamlarının maddi dəstəyi ilə ekranlaşdırılıb dünya kinematoqrafiya standartlarına gətiriləcək. Film Nicat Əjdərin yazdığ “Mubariz” kitabı və ssenarisi əsasında çəkiləcək. İyun ayının sonuna qədər ziyalıların, alimlərin, yazıçıların iştirakı ilə kitabın təqdimatı keçiriləcək.