Türkiyənin əsas müxalifəti, Cümhuriyyət Xalq Partiyası «Gəzi» parkında baş vermiş son olayla bağlı gecə fövqəladə toplantı keçirib.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, 2 saat sürən Mərkəzi Yüksək Qurumunun toplantısından sonra partiya başqanı Kamal Qılıcdaroğlu qəbul etdikləri qərarı açıqlayıb.
«- Bu proseslərdə polislə xalq qarşı-qarşıya gəlməməli; - Güc tətbiq edən məsullar barəsində istintaq aparılmalı; - Bütün siyasi partiyalar üzərinə düşəni görməli, mitinq etməməli; -İqtisadiyyat geriləyir; - Türkiyə bu vəziyyətdən çıxarılmalı; - Beynəlxalq aləmdə Türkiyə etibardan düşüb; -Ölkə prezidenti siyasi partiya təmsilçilərini çağıraraq, liderlər toplantısı keçirməlidir»- deyə, müxalifət lideri bildirib.