https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
28 Mart 2024

Böyükağa Hacıyev: "İnter"in adından və titullarından çəkinmirik"

Böyükağa Hacıyev: "İnter"in adından və titullarından çəkinmirik"

Bu gün "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, o, sabah "İnter"ə qarşı keçiriləcək Avroliqanın oyunu ilə bağlı sualları cavablandırıb.

- Sabah Azərbaycanda 21-ci əsrin ən böyük oyunu olacaq. Mən inanıram ki, sabahkı oyundan sonra biz bir daha Azərbaycan futbolunun inkişafda və düzgün yolda olduğunu hamıya sübüt edəcəyik. Sabahkı qarşılaşmada biz dünyanın on nəhəngindən biriylə görüşəcəyik. Ancaq deyim ki, mən bu gün rəqibin adından və titullarından çəkinmirəm. İnanıram ki, futbolçular da mənim kimi düşünürlər. Bir daha sübut edəcəyik ki, «Neftçi» Avropada növtəti tarix yazmağa qadirdir. 
Çalışmışıq ki, bu az müddətdə "İnter"i bütün dəqiqliyi ilə öyrənək. Rəqibimizə böyük hörmətlə yanaşırıq. "İnter"də dünya şöhrətli oyunçular var. "İnter"in son beş oyununa baxmışam. Diqqət çəkən fakt odur ki, komanda bu görüşlərdə sabit heyətlə oynamayıb. Bu ola bilər ki, baş məşqçinin əlinin altında futbolçuların çox olması ilə bağlıdır. Amma o komanda əla sayıla bilər ki onun sabit heyəti olsun. Ola bilər ki, mənim gənc həmkarım hələ eksperimentlər aparır. Bunların hamısını nəzərə alaraq, «İnter»ə qarşı öz oyunumuzu oynayacağıq. Biz sabah italiyalıları öz silahı ilə («Neftçi»»nin yarıitalyan futbolçusu Bruno Bertuççi nəzərdə tutulur - red.) vurmağa çalışacağıq.

- «İnter» Bakıya aparıcı futbolçularını gətirməyib. Bunu komandanıza qarşı hörmətsizlik kimi qəbul etmirsiniz?

- «Neftiçi»nin heyətində də Cavid İmamverdiyev oynamayacaq. «İnter» Milan derbisinə görə futbolçularını Bakıya gətirməyib. Görünür, həmin oyunun əhəmiyyəti Avropa qrup mərhələsinin oyunlarından daha əhəmiyyətlidir. Həm də nəzərə alaq ki, rəqibin məşqçinin əlinin altında 37 futbolçu var.

- «İnter»də əsas heyətə düşmək istəyən futbolçuların çoxluğu sizi çətinlik yaratmayacaq?

- Mən çox istərdim ki, Milito, Kassano, Zanetti bizə qarşı oynayaydı. Çünki onlar öz futbollarının qürüb çağını yaşayırlar. Onlar dağın zirvəsini görüb qayıdıblar. İndikilər isə dağa çıxmaq istəyənlərdir.

- Dediniz ki, Cavid İmamverdiyev oynamayacaq. Bəs komandanızda hər hansı başqa problem varmı?

- Cavid səhhətindəki problemə görə oynamayacaq. Qalanların ilə bağlı vəziyyət yaxşıdır.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.