Makedoniyanın şimal-qərbində alban və türklərin daha sıx yaşadığı Qostivara şəhərində, Baş nazir Rəcəb Tayyib Ərdoğana dəstək nümayişi təşkil edilib.
ANS PRESS Türkiyə mətbuatın istinadən xəbər verir ki, nümayiş iştirakçıları “Başla tarix yazmağa”, “Makedoniyanın Tek Dostu”, “Səni Yalnız Qoymayacayıq” “Suriyanı Qurtar, Türkiyəni dəstəklə”' kimi şüarlar səsləndiriblər. Eyni zamanda ABŞ-da, Malayziyada, İndoneziya, Fələstin və Yəmən də daxil olmaqla bəzi ölkələrdə Ərdoğana dəstək nümayişi kecirilib.