Teymur qağa kimi şəxs,
Bir də Ərzə gələmməz.
“Ana Kür”dən gəlir, bax,
“Əsrlərdən gələn səs”.
Budu həyatı, ömrü,
Zirvəqaladı ömrü!
Ömrü - tarix ömrüdü,
Ömrü - bayatı ömrü.
Həyatdan doymur, doymaz,
Hər kişi Teymur olmaz.
Ömürlərə örnəkdir,
Ömrütək ömür olmaz!
Gül dilində danışır,
El dilində danışır.
Sanma sükuta dalıb,
Lal dilində danışır.
Alnına bax, yazılıb,
Varaq-varaq yazılıb.
İlk yazıya fikir ver,
Oxu: “Qazax” yazılıb.
Qələmi başı altda,
Xəznəsi daşın altda.
Yatağı - səngəridir,
Fikir etmə qoşun haqda!
Haqqı xalqa deyirlər,
Yönü Haqqa deyirlər.
Teymurləngə dərs deyib,
Teymur qağa, deyirlər.
Ustadı... Vidaditək,
Ustadı Vidaditək!
Doxsandan ilk hədəfi,
Yüzdədi, Vidaditək!
24.01.2018