|
|
|
|
Səudiyyə Ərəbistanı rəsmi şəkildə dünya müsəlmanlarına müraciət edərək bu il də daxil olmaqla 2-3 il ərzində Həcc ziyarətlərini təxirə salmağı istəyib.
Buna səbəb, hazırda Kəbə evinin ətrafında aparılan genişləndirmə, təmir-bərpa işləridir. Bu barədə Səudiyyə Ərəbistanında canlı yayım həyata keçirən telekanallar məlumat yayıb.
Səudiyyə Ərəbistanının müftisi Abdel Əziz Əl-Şeyx bildirib ki, krallıq 2-3 il ərzində zəvvarların sayını maksimal dərəcədə azaltmaq məcburiyyətindədir. Onun sözlərinə görə, bütün dünya müsəlmanları bu tövsiyələrə riayət etməli və müqəddəs torpaqlara gəlməməlidir. Müfti bildirib ki, bunun sonra da bütün müsəlmanlara xeyri olacaq.
deyerler.org