Sonuncu buraxılış imtahanlarının nəticələri bu gün açıqlanacaq. Bu barədə Modern.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komisisyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. “İyunun 17-də keçirilən sonuncu buraxılış imtahanlarının nəticələri bu gün açıqlanacaq”.
Qeyd edək ki, TQDK tərəfindən 9 və 11-ci siniflər üzrə buraxılış imtahanları iyunun 2, 7, 12 və 17-də keçirilib.