ABŞ Türkiyədəki demokratiyaya inanır. Trend-in çərşənbə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Ankaradakı səfiri Frensis Rikardone hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərliyi ilə bir sıra görüşlər keçirdikdən sonra deyib.
Rikardone bildirib: "ABŞ ümid edir ki, Türkiyə demokratik prinsipləri inkişaf etdirir və bu məsələdə Ankaraya həmişə kömək etməyə hazırdır".
Onun sözlərinə görə, Türkiyə xarici turist və investorlar üçün təhlükəsiz ölkədir.