Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev iyunun 25-də Böyük Britaniyanın müdafiə nazirinin müavini Endryu Marrisonu qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Böyük Britaniya arasında hərbi əməkdaşlıq məsələlərinin inkişaf etdirilməsinin zəruriliyi və bölgədəki hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Nazir qeyd edib ki, Azərbaycan torpaqlarının işğalı faktı davam etdikcə regionda sülhün bərqərar olması mümkünsüzdür.