|
|
|
|
“Mən bütün azarkeşləri bu gün “Neftçi”yə dəstək olmağa çağırıram. İnanıram ki, bu gün komandamız “İnter” üçün “cümə axşamı” verəcək. Hiss edirəm ki, komandamız uduzmayacaq”.
525.az-ın “Trend”ə istinadən yaydığı xəbərə görə, bu sözləri “Bakılı oğlanlar” şən və hazırcavablar klubunun üzvü Bəhram Bağırzadə deyib.
B.Bağırzadə “Neftçi”yə inandığını bildirib: “Çünki bu komandanın Böyükağa Hacıyev kimi ambisiyalı və cəsur məşqçisi var. Mən onun Napoleonla müqayisə edərdim. Yalnız belə insanlar tarixdə qalırlar” – deyə B.Bağırzadə bildirib.