https://525.az/img/pics/medium/2024-04/310725_mwhj16sh30.jpg Ekoloji sağlamlıq ölkəmizdə dövlət siyasəti prioritetidir
https://525.az/img/pics/medium/2024-04/310717_1fivjqvlxn.jpeg Sabiq səfir həqiqətləri açıqlayır
https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
search
20 Aprel 2024
19 Aprel 2024

Rəşad Abdullayev: "Heç bir rəqabətdən çəkinmirəm"

Rəşad Abdullayev: "Heç bir rəqabətdən çəkinmirəm"
“Bakı” klubunun yarımmüdafiəçisi Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi

- Yeni komandan "Bakı"da məşqlər necə keçir? Futbolçularla münasibətin necədir?

-Hər şey normaldır. Məşqçilər futbolçuları tədricən tanımağa başlayır. İkinci məşqimiz olmağına baxmayaraq, güclü hazırlıqlar gedir. 

- “Bakı” tez bir zamanda uyğunlaşa biləcəyin komandadır?

- Yəqin ki, yaxın müddətə qədər uyğunlaşa biləcəm. Bu, həm də baş məşqçinin oyun sistemindən asılıdır. Bildiyiniz kimi “Bakı”ya yeni baş məşqçi gəlib. Yəqin ki, oyunçuları get-gedə tanıyıb, onlar haqda qərar verəcək. Məndə sözümü demiş bir futbolçu kimi özümü göstərəcəm. 

- Sənin mövqeyinə Əfran İsmayılov da transfer olunub. Onunla rəqabət, ümumiyyətlə yeni baş məşqçiyə özünü təsdiqləmək çətin olmayacaq?

- Mən həmişə rəqabət olan komandalarda çıxış etmişəm. Bu sarıdan heç bir rəqabətdən çəkinmirəm. Razıyam ki, yeni baş məşqçinin etimadını qazanmaq çətindir. Çünki hamı özünü təsdiqləməyə çalışacaq. Ancaq təbii ki, güclü olan oynayacaq.  Əslində baş məşqçi futbolçu topa toxunan kimi onu tanıyır. Bizim baş məşqçimiz əcnəbi olduğundan ona bir qədər vaxt lazımdır ki, futbolçular arasında seçim edə bilsin.

- İki məşqdən sonra yeni baş məşqçiniz Milinko Pantiç haqda nə deyə bilərsən?

- Təcrübəli baş məşqçidir. İşini yaxşı bilən mütəxəssisə oxşayır. Bizə ağır məşqlər keçir. Dediyim kimi vaxt lazımdır ki, biz də baş məşçini tanıyaq, bizdən nə istədiyini bilək, oyun sistemini bizə başa salsın.

- Avrokuboklarda iştirak edəcək komandalarımızın ilk rəqibləri artıq bəllidir. Klublarımızın şansları haqda  nə deyə bilərsən?

- Bütün rəqiblər bizə uyğun komandalardır. Azərbaycan klubları şanslı görünür. Düşünürəm ki, hər dörd klubumuz növbəti mərhələyə keçə bilər. Sadəcə, komandalarımız asan rəqib olsa belə, oyuna tam gücləri ilə hazırlaşmalıdırlar. “Neftçi”nin rəqibi ilk baxışdan zəif görünür. Ancaq “Neftçi” buna arxayın olsa, təbii ki, arzuolunmaz nəticə ola bilər. “Qarabağ” rəqibini yaxşı tanıyır. Bundan əvvəl “Metallurq”a qarşılaşıb. “Qarabağ”ın şansının üstün olduğunu deyərdim. “İnter” və “Xəzər Lənkəran”ın da rəqiblərinə zəif demək olmaz. “Xəzər Lənkəran” daha diqqətli olmalıdır. Çünki Avroliqada uğur qazana bilməyib. Bütün komandlarımıza uöurlar arzulayıram və inanıram ki, hamısı ilk mərhələni keçəcək.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.