https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
28 Mart 2024

Mübariz Mənsimov: “Biz qorxmadan mübarizə apardıq”

Mübariz Mənsimov: “Biz qorxmadan mübarizə apardıq”

“Xəzər Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Slima” ilə Maltada keçirilən görüşdən (1:1) sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Görüşün nəticəsi sizin üçün sürpriz olmadı?

- “Xəzər Lənkəran”ın qələbə qazanması lazım idi. Çünki mən rəqibi güclü hesab etmirdim. İdmanda şans amili də var. İnşallah, cavab matçından sonra növbəti mərhələyə biz keçərik.

- “Xəzər Lənkəran”ın “Slima”dan aşkar güclü olması fikri ilə razısınız?
 
- Əlbəttə.

- Gələn il komandanızın 10 yaşı olacaq. Yubileylə əlaqədar Con Toşak kimi adlı-sanlı mütəxəssisi baş məşqçi postuna gətirdiniz. Bundan sonra məşhur futbolçuların da transfer ediləcəyi gözlənilsə də, hələlik bu baş vermədi...
 
- Mən Con Toşaka güvənirəm. Uelsli məşqçinin karyerası çoxlarına bəllidir. Toşakın Azərbaycana gəlməsi böyük bir şansdır. Özünüz də gördünüz. Bu gün komanda Toşakın rəhbərliyi altında rəqibdən çəkinmədi, qorxmadan mübarizə apardı. Bu, önəmli amildi.

- Belə çıxır ki, “Xəzər Lənkəran”ın çıxışı sizi qane edib...

- Məni qane eləməyən yalnız bir məqam var. O da rəqibdən güclü olduğumuz halda qələbə qazana bilməməyimizdir. Biz hər şeydə “Slima”dan güclüyük. İstər büdcə, istərsə də digər cəhətlərdə.

- Ola bilərmi ki, qələbəni əldən verilməsinə səbəb futbolçularda yaranan arxayınçılıq oldu?

- Mümkündür, bəlkə də bizim futbolçularda rəqibi zəif hesab etdikləri üçün arxayınlaşma yaranıb. Bütün bunlara baxmayaraq, Lənkərandakı qarşılaşmada mərhələ keçəcəyimizi düşünürəm.

- Növbəti mövsüm üçün komandanızdan nə gözləyirsiniz?
 
- Təbii ki, çempionluq. Gələn il komandamızın yubileyidir. Bu səbəbdən bizi yalnız qızıl medallar qane edəcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.