Daxili İşlər Nazirliyi iyulun 3-də ölkə ərazisində törədilmiş müxtəlif qətl hadisələri ilə bağlı məlumat yayıb. 525.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyulun 3-də Balakən rayonunun Tülü kəndi ərazisində naməlum şəxs ov tüfəngindən atəş açaraq kənd sakinləri Bəxtiyar Qurbanovu qətlə yetirib, onun qardaşı Şahini isə yaralayıb. Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş İtitala kənd sakini Qasım Mahmayev tutulub və ondan 1 ədəd ov tüfəngi götürülüb.
- İyulun 3-də Binəqədi rayonu 28 May qəsəbəsində, orada yaşayan Babagül Məmmədəliyev ailə-məişət münaqişəsi zəminində bıçaqla arvadı Xalidəni qətlə yetirib. Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Məmmədəliyev tutulub.
- Qaradağ rayonu B.Niftəliyev küçəsində, orada yaşayan Şahin Vəliyevin boğaz nahiyəsində bıçaq xəsarəti olan meyiti tapılıb. Qaradağ RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
- Xaçmaz rayonunun Hülövlü kəndi ərazisində kənd sakini, ruhi xəstə Tamerlan Nizamov ailə-məişət münaqişəsi zəminində bıçaqla qardaşı Nizamini öldürüb, atası Eynullaya isə xəsarət yetirib hadisə yerindən