Aylardan bəri Türkiyənin İstanbul şəhərində müalicə olunan Azərbaycanın xalq artist Yaşar Nurinin səhhətindəki problemlər aradan qalxmaqdadır.
Milli.az-a telefonla verdiyi açıqlamada aktyorun qızı Ülkər Nuriyeva Yaşar Nuri pərəstişkarlarını şad xəbərlə müjdələyib:
“Həftəsonu atam Azərbaycana qayıdacaq. Həkimlər artıq səhhətində hər şeyin qaydasında olduğu qənaətindədirlər. Ailəmiz adından bütün Yaşar Nuri pərəstişkarlarına təşəkkür edirik”.