Azərbaycan prezidenti İlham Əliyev Tovuza səfərini başa vuraraq Qazax rayonuna gəlib.
525.az-ın məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub.
Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov prezidentə məlumat verib ki, abidənin yerləşdiyi 4 hektarlıq parkın yenidən qurulmasına 2012-ci ildə başlanıb, ərazinin yarısında bərpa işləri həmin il başa çatdırılıb.
Qalan iki hektar sahə isə bu il abadlaşdırılıb.