Azərbaycan jurnalistlərinin VI qurultayının keçirilmə tarixi dəyişdirilib.
Bu barədə APA-ya Azərbaycan Mətbuat Şurasından məlumat verilib.
Qurultay öncədən elan edildiyi kimi, iyulun 12-də deyil, iyulun 11-də keçiriləcək. Ali Məclis nümayəndələri həmin gün Rəşid Behbudov adına Mahnı Teatrının binasına toplaşacaqlar.
Qurultay iştirakçılarının qeydiyyatı prosesi saat 09:00-dan start götürəcək. Ali Məclis saat 10:00-da işinə başlayacaq.