Seyid Yəhya Bakuvinin anadan olmasının 550-ci ildönümü Bakıda qeyd olunur.
Mərasimlər Azərbaycanla bitmir. Istanbul və Eskişehirdə tədbirlər keçiriləcəck. Qeyd edək ki, UNESCO 2013-cü ili Seyid Yəhya Bakuvi ili elan edib. Bundan sonra Azərbaycanın Mədəniyyət və Turizm nazirliyi tədbirlərə start verib. Artıq bununla bağlı bir sıra konfranslar təşkil olunub.
Bakıda dünyaya gələn Seyid Yəhya Bakuvi ömrününü böyük bir qismini burada tələbə yetişdirməklə keçirib. Elə buna görə də Bakuvi ləqəbini götürüb. Məhz yetişdirdiyi tələbələri vasitəsi ilə Halveti təriqəti bütün dünyaya yayılıb. Türk dünyasının İkinci Əhməd Yasevisi sayılan Seyid Yahya Bakuvi Anadoluda daha çox Şirvani kimi tanınır. İslamın Anadolu, Balkanlar, Afrika və Orta Şərqdə yayılmasında Bakuvinin mühüm xidmətləri olub.
trtazerbaycan.com