https://525.az/img/pics/medium/2024-04/310307_ikq16fbueg.jpg “525-ci qəzet”in 17 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/310206_nzabxr6ypc.jpg İgid Kəngərli süvarisi Kərim ağa Şahtaxtinski
https://525.az/img/pics/medium/2023-10/288649_kygy3lxeql.jpg Qəfil yada düşənlər - Aydın Tağıyev yazır
https://525.az/img/pics/medium/2024-04/310290_6v4mu9weea.jpeg Xalq yazıçısı Anarla Sabirabadda görüş
search
16 Aprel 2024

"Bacanaqlar"ın aktyorları serialdan uzaqlaşdırıldı

"Bacanaqlar"ın aktyorları serialdan uzaqlaşdırıldı

“Bacanaqlar” serialının bir çox aktyoru işdən uzaqlaşdırılıb.

Bu haqda məlumatı Axşam.az saytına filmin aktyoru və ssenari müəllifi Elməddin Cəfərov verib.

O, yeni mövsümdə seriala məşhur aktyorların cəlb ediləcəyini deyib:

“Yay mövsümünü başa vurduq. Payızdan serial tamamilə yenilənəcək, yalnız adını saxlayacağıq. Çünki “Bacanaqlar” artıq brend olub, onu dəyişmək istəmirəm. Yeni serialın çəkilişləri daha fərqli məkanlarda olacaq. Serial heyətinin əksəriyyəti ilə sağollaşdıq. Bir neçə məşhur simaya təklif göndərmişik. Sentyabrda serialımızın 4 ili tamam olur. Bunu təmtəraqlı şəkildə qeyd edəcəyik”.

Elməddin serialda müğənnilərlə işləməyə son qoyduğunu deyib. O, sənətçilərin məsuliyyətsizliyindən şikayətlənib:

“Müğənnilər çox kaprizli olur. Çəkilişlərə vaxtında gəlmirlər, işə məsuliyyətsiz yanaşırlar. Buna görə də onlarla işbirliyini dayandırdım. Ola bilsin ki, hansısa türkiyəli müğənnini qonaq qismində seriala çəkək”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.