Bayburtda addım-addım... - Fotolar Bu uzun yolun bizi dünyanın ən ecazkar, əsrarəngiz, tarix qoxulu şəhərinə apardığını bilmirdim. Türkiyənin Azərbaycandakı Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyiylə 25-ci Beynəlxalq Bayburt Dədə Qorqud festivalının adını tutub gedirik. 12 saatdan sonra Ərzuruma ayaq basanda bizi qarşılayan Kuzeydoğu Anadolu Kalkınma Ajansının (KUDAKA) əməkdaşları Mehmet Öksüzər və Fateh Baltacının müşayiəti ilə maşına minib yola çıxarkən gözlərimin yuxusuzluqdan qapandığını hiss edirdim. Amma maşının pəncərəsindən təsadüfən diqqət etdiyim mənzərə kirpiklərimi geniş-geniş açmağıma səbəb oldu. Göz işlədikcə sıralanan dağlar, cəmi on metr qabağı belə görməyə izin verməyən dolanbaclar, pəncərənin bitişiyindəymiş kimi hiss etdirən, nəfəsini boğazında düyümləndirən uçurumlar təbiətin gözəlliklə vahimənin çuğlaşmasından yaratdığı məkana doğru getdiyimizin ilk "müjdəçiləri" idi. Həmişə elə olmurmu? Hər gözəllikdə bir az da vahimə, vəhşilik gizlənməyibmi? Beləliklə, yaşılın bütün çalarlarını yerində, mavinin bütün tonlarını isə göyündə toplayan Ərzurum- Bayburt yoluna xoş gəlmişik!
10.08.19
Nur simalı Şəhlamız - Fotolar Azərbaycan musiqişünaslığında layiqli yer tutan alimlərimizdən biri - Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Şəhla Həsənova-Mahmudovanın vəfatından bir il keçir.
09.08.19
"İki dollara aldığım kitab, sən demə, qiymətsiz bir xəzinə imiş" - Fotolar Türkiyə səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyinin dəstəyiylə Bayburt şəhərinə - 25-ci Bayburt Dədə Qorqud festivalına gedərkən son aylarda Türk ədəbiyyatı gündəmini məşğul edən "Kitabi-Dədə Qorqud"un yeni nüsxəsinə də yer veriləcəyini təxmin edirdim. Hətta yeni nüsxənin sahibi Vəli Məhəmməd Xocanın da dəvətli olacağı gözlənilən hadisə idi. 07.08.19
Ordubadın Üstüpü incisi - Fotolar Bu gün dağ kəndlərinədək qurulan müasir yol infrastrukturu istənilən istiqamətə rahat və qısa vaxtda yetişmək üçün körpüdür. Bu körpüdən keçərək biz də Ordubadın tarixi və füsunkar mənzərəli kəndlərindən biri olan Üstüpüyə doğru yol alırıq. 07.08.19
Bayburt mətbuatı ilə tanışlıq - Fotolar Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyiylə ulu Dədə Qorqudun izi ilə gedib çıxdığımız Bayburt səfərimiz həm də çox mühüm tanışlıqlar, görüşlərlə yadda qaldı. 03.08.19
Tatar şairi Razil Vəliyevin "Payız yağmurları" kitabı təqdim edildi - Foto Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Tatarıstanın Xalq şairi, Tatarıstan Respublikası Dövlət Şurasının deputatı, Tatarıstan Dövlət Şurasının Komitə başqanı, Dövlət Mükafatı Laureatı, görkəmli ictimai xadim və dövlət xadimi Razil Vəliyevin "Payız yağmurları" adlı şeirlər məcmuəsinin Azərbaycan dilində nəşrinin təqdimat mərasimi keçirilib. 02.08.19
Uşaq və gənclər üçün yay istirahət düşərgəsi təşkil olunub - Foto Gənclər və İdman Nazirliyi Ermənistanla təmas xəttində və cəbhəyanı rayonlarda yaşayan uşaq və gənclər üçün Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində yay istirahət düşərgəsi təşkil edib. 31.07.19
Rəsədxanada ksiloqrafik rəsm sərgisi - Foto İyul ayının 30-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) muzeyində ksiloqrafiq rəsmlərdən ibarət sərgi keçirilib. 31.07.19
Bayburta aparan Dədə Qorqud izi... - Fotolar Ətrafımızı hər an vətənini müdafiəyə hazır əsgər, balasını qoruyan ata kimi çevrələmiş dağların arxasından günəş saçlarını yellədərək gülümsəyir. Bayburtda növbəti səhər açılır... 31.07.19
Qubada “Regional Mətbəx Festivalı” - Fotolar İyulun 27-də Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Quba şəhərində “Regional Mətbəx Festivalı” adlı festival keçirilib. 29.07.19
Bayburta aparan Dədə Qorqud izi... - Şahanə Müşfiqin reportajı Təxminən 15 gün öncə Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyinin dəvəti ilə "Bayburta 25-ci Beynəlxalq Dədə Qorqud festivalına gedirsən" - deyəndə, "ora haradır?"- deyə soruşmuşdum. "Türkiyənin ən balaca şəhəri" cavabını vermişdilər. Əlimin altındakı klaviatura internetdən tapdığı materiallarla festival, Bayburtla bağlı suallarımın bir qisminə cavab verdisə də, ən böyük suallarım hələ cavabsız idi. Bunun üçün Bayburta getmək lazım idi... 27.07.19
Mədəniyyət Nazirliyinin rəhbərliyi regionlarda vətəndaşlarla görüşüb - Foto Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, iyulun 26-da Mədəniyyət naziri Əbülfəs Qarayev Quba rayon Heydər Əliyev Mərkəzində Quba və Qusar rayonlarından olan vətəndaşlarla görüşüb.
27.07.19
Ədəbiyyat İnstitutunda qırğız yazarlarla görüş - Fotolar Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılğı ilə Qırğızıstandan gəlmiş yazarlarla görüş keçirilib. 25.07.19
Ehtiyata buraxılan kəlbəcərli gənclərlə görüş keçirildi - Foto Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Kəlbəcər rayon bölməsinin təşkilatçılığı, rayon icra hakimiyyətinin, gənclərin valideynlərinin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimi keçirilib. 24.07.19
AzMİU tələbəsi ölkə çempionu oldu - Foto Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin 2-ci kurs tələbəsi Sevən Məhəmmədpur British Council-ın CreativeSpark layihəsi çərçivəsində həyata keçirdiyi Böyük İdeya startap yarışmasının Azərbaycan üzrə çempionu oldu. 23.07.19
Los Ancelesdə Firəngiz Əlizadənin yeni əsərinin premyerası - Fotolar Azərbaycanın xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, tanınmış bəstəkar Firəngiz Əlizadənin bəstələdiyi “Harmoniya” adlı yeni əsərin dünya premyerası iyulun 20-də ABŞ-ın Los Anceles şəhərində keçirilib. 23.07.19
Milli mətbuatın 144 illiyi qeyd olundu - Fotolar 22 iyul - Milli Mətbuat Günü münasibətilə bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, həmçinin nüfuzlu media qurumlarının rəhbərləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. 23.07.19
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyindən daha bir layihə - Foto İyulun 15-də Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində həyata keçirilən "Dekorativ-tətbiqi sənətdə uşaqların özlərini tapması" layihəsinin icrasına başlanılıb. 19.07.19