Bakıda Türk Yeməkləri Festivalı keçirilir - Fotolar İyunun 8-dən 16-dək Türkiyənin Azərbaycandakı Səfirliyi və Türk Hava Yollarının dəstəyi ilə Bakının Fairmont otelində yerləşən Alov restoranında Türk Yeməkləri Festivalı keçirilir. 14.06.19
Məhəbbətlə yaşanan təkrarsız sənətkar ömrü - Fotolar Bu yaxınlarda Fransanın paytaxtı Parisdə, şəhərin simvolu sayılan Eyfel qülləsinin qoynunda yerləşən möhtəşəm Azərbaycan Mədəniyyət Mərkəzində ilk qadın bəstəkarlarımızdan biri - Ədilə Hüseynzadənin əsərlərindən ibarət konsert keçirildi. Konsert tariximizin əlamətdar səhifəsi - qadınlara səsvermə hüququ verilməsinin 100 illiyinə həsr olunmuşdu. Bu musiqi gecəsi Azərbaycanın Fransadakı Səfirliyi, Azərbaycanın Dostları Assosiasiyası və Parisdəki "Azərbaycan Evi" tərəfindən təşkil edilmişdi.
14.06.19
“Nəsimi qəzəl müsabiqəsi” başa çatdı - Fotolar Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə “Məktəblinin dostu” layihəsi çərçivəsində keçirilən böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Nəsimi qəzəl müsabiqəsi”nin final mərhələsinə yekun vurulub. 11.06.19
Şagirdlərin müəllifi olduğu kitablar təqdim edildi - Fotolar İyunun 11-də Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə həmin məktəbin 7a sinif şagirdlərinin yazdığı “Qorxulu meşə” və 3b sinif şagirdlərinin yazdığı “Mənim dünyam” adlı kitabların təqdimat mərasimi olub. 11.06.19
Siyəzəndə IX Şairlər Günü təntənəsi - Fotolar Bir müddət bundan əvvəl Siyəzən şəhər mədəniyyət mərkəzində görkəmli sənətkarımız Cəfər Cabbarlının 120 illik yubileyi tədbiri keçirilmişdi. 10.06.19
Şahmar Əkbərzadə mükafatı sahiblərinə təqdim olundu - Fotolar İyunun 3-ü Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda VEKTOR Beynəlxalq Elmlər Akademiyasının təsis etdiyi Şahmar Əkbərzadə adına ədəbiyyat mükafatının təqdimetmə mərasimi keçirilib.
03.06.19
Şuşa məktəbində Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi keçirildi - Foto Əhməd bəy Ağaoğlu Azərbaycanın ictimai-siyasi fikir tarixində islahatçı, ictimai xadim, siyasətçi, filosof, sosioloq, jurnalistika nəzəriyyəçisi, fəal publisist, tərcüməçi, yazıçı, ədəbiyyatşünas-tənqidçi, şərqşünas, teoloq-inlamşünas kimi tanınır. 02.06.19
Sabir irsinin və milli poeziyanın daha bir təntənəsi - Fotolar Gözəl ənənəni davam etdirmək, davam etdirə bilmək özü yaxşı əməllərdən biri hesab olunur. Özündən əvvəlkilərin açdığı yolla inamla addımlaya bilirsənsə, səndən sonrakılar da o inamdan, o yoldan örnək götürüb səni izləyəcəklər. Görünməz zəncirvari tellərlə bir-birinə bağlı olan bu duruma bəzən "vəfa" deyirik. 01.06.19
Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi qeyd edildi - Fotolar Mayın 30-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi münasibətilə tədbir keçirilib. 31.05.19
Samsundan başlanan yol - 1-ci yazı Samsun Qaradəniz bölgəsinin orta bölümündə yerləşir. Ərazisinin 45 faizi dağlıqdır. Əhalisi bir milyon yarıma yaxınlaşan bu yaşayış məntəqəsinin idarəçiliyi şəhər bələdiyyəsi və valilik tərəfindən həyata keçirilir. 31.05.19
Bakıya gələn turistlər: “Ölkənizi çox sevdik” - Fotolar Bu gün keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakıya xeyli sayda turist axın edib. “Çelsi” və “Arsenal” arasında keçiriləcək oyuna baxmaq üçün Bakıda hər iki klubun kifayət qədər əcnəbi azarkeşi var. 29.05.19
Bulvarda “Himnimizi bir yerdə oxuyaq” fləşmobu - Fotolar Dənizkənarı Bulvar İdarəsinin həyata keçirdiyi layihələr içərisində azadlığımızın, suverenliyimizin simvolu olan dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin təbliğ olunması, vətəndaşlara, xüsusilə gənc nəslə Azərbaycan bayrağına, gerbinə və himninə hörmət hissinin aşılanması, cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi mövzusunda tədbirlər mühüm yer tutur.
29.05.19
Eşidirəm... - Fotolar Fuad Poladovun əziz xatirəsinə ithaf olunmuş “Köhnə telefon” tamaşasından... 29.05.19
Respublika Günü Bolqarıstanda qeyd edildi - Fotolar 28 may - Respublika Günü, Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi və Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə ölkəmizin Bolqarıstandakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub.
27.05.19
Riqada Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü qeyd edildi - Fotolar Mayın 24-də Latviyanın paytaxtı Riqada Azərbaycan Xalq Cümhuriyyətinin 101-cü ildönümü və diplomatik xidmət orqanlarımızın 100 illiyi münasibətilə rəsmi qəbul təşkil olunub. Bu barədə Azərbaycanın Latviyadakı Səfirliyindən məlumat verilib. 27.05.19