Zaqatalada “Vətənin müdafiəsinə hazıram!” devizi altında tədbir - Fotolar Mayın 24-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Gənclər Fondu və Zaqatala Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” devizi altında 28 May - Respublika gününə həsr edilmiş kütləvi tədbir keçirib. 24.05.19
AzMİU-da beynəlxalq elmi konfrans öz işinə başladı - Fotolar Mayın 23-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Xidmət sahələrinin iqtisadiyyatı və menecment kafedrasının təşkilatçılığı ilə “Şaxələndirilmiş iqtisadiyyatın infrastruktur təminatı: əsas meyllər və inkişaf istiqamətləri” mövzusunda Beynəlxalq elmi konfrans öz işinə başlayıb. 23.05.19
Gənc Ədiblərin yeni layihəsi baş tutdu - Fotolar Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin nəzdində fəaliyyət göstərən "Kitab qurdu" Klubu və Azərbaycan Yazıçılar Birliyinin tərkibindəki Gənc Ədiblər Məktəbinin birgə təşkilatçılığı "Oxu, danış və qazan" layihəsi reallaşıb. 22.05.19
Akademiya prezidentləri Fizika İnsitutunda - Fotolar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə və Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərliyi etdiyi nümayəndə heyəti AMEA Fizika İnstitutuna baş çəkiblər. 21.05.19
Ramiz Rövşən və Cəlal Şəngör “Avrasiya Əfsanəsi” mükafatı aldılar - Foto Avrasiya Akademiyasının 3-cü Məclisində Mursad Kajlayev (Rusiya, Dağıstan), Nasser Xəlili/Khalili (Böyük Britaniya), Ramiz Rövşən (Azərbaycan) və Celal Şengör (Türkiye) Avrasiya Akademiyasına üzv seçiliblər, onlara “Avrasiya Əfsanəsi” mükafatı təqdim olunub. 20.05.19
Ramiz Rövşən rüzgarının yeni dalğası - Reportaj Günlərdir, paytaxtımızda elə bir Ramiz Rövşən rüzgarı əsir ki, özüylə şeirin, sənətin, ədəbiyyatın qoxusunu yayır küçə-küçə, dalan-dalan, ev-ev. 18.05.19
Zülfü Livaneli, Elia Kazan, Lütfi Zadə və babam... - Türkan Turan yazır Yadımdadır, bir neçə ay əvvəl İstanbulun Tarabiya səmtindən mərkəzə doğru qayıdanda onunla yolboyu Qarabağdan, qaçqınlardan, məcburi köçkünlərdən danışmışdıq. Uzun illərdir, yurd-yuvasından didərgin düşən insanlarımız olduğunu dedikdən sonra, sitəm dolu bir cümlə də işlətmişdim: "Bilirsiniz, tikanlı səddin bu tərəfində dayanıb, vətəninə boylana-boylana ölüb getmək nə deməkdir?! Mənim babam Qarabağ deyə-deyə öldü!" 18.05.19
Rasim Balayevlə görüş - Fotolar Mayın 17 Bakı Kitab Mərkəzində görkəmli aktyor, Azərbaycanın xalq artisti, "Şöhrət" ordenli Rasim Balayevlə görüş keçirilib. 18.05.19
Azərbaycan Qırğızıstandakı beynəlxalq konfransda - Fotolar Ötən gün Qırğızıstan Respublikasının Bişkek şəhərində Qırğızıstan Prezidentinin Şəhərkənarı Konfrans Mərkəzində 15-18 may tarixlərində keçirilən "Rəqəmsal əsrdə kitab və mütaliə" mövzusunda Beynəlxalq Konfransın Plenar İclasının açılışı olub. 17.05.19
Milan Politexnik Universitetinin müəllimləri AzMİU tələbələri üçün vorkşop təşkil ediblər İtaliyanın Milan Politexnik Universiteti ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) arasında 2018-ci ildə imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulan əməkdaşlıq çərçivəsində AzMİU-nun nəzdində yaradılmış İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılış mərasimi, işgüzar görüşlərin və vorkşopun keçirilməsi ilə əlaqədar Milan Politexnik Universitetinin nümayəndə heyəti universitetin qonağı olub. 16.05.19
O durmuşdu yerində... - Fotolar Mayın 11-də Bakı Kitab Mərkəzində elə bir tünlük var idi ki, insan çoxluğuna baxanda adamın gözləri qaralırdı. Yaxşı ki, "əlli tərpənib" bir az tez getmişdim, yerimi də tutmuşdum. Belə olacağını öncədən bilirdik. Axı qonaq - zəmanəmizin böyük şairi Ramiz Rövşəndi. 15.05.19
"Kür"də daha bir dost görüşü - Şahanə Müşfiqin reportajı Ana nənəm Məsmə xanımı 2013-cü ilin 9 mayında itirdik. Güllərin aşiqi nənəm güllər mövsümündə son günlərində də sevdiyi çiçəklərin qoxusunu ciyərlərinə çəkərək köçdü bu dünyadan. Dünyanın böyük bir kəsimində Qələbə Günü kimi qeyd olunan 9 may, bizim ailəmizdə, altı ildir, itki günü kimi yad edilir... 13.05.19
Muzey həftəsinin açılışı oldu - Fotolar Mayın 12-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə “Muzeylər və Nəsimi İrsi” proqramı üzrə təşkil edilən muzey həftəsinin açılış mərasimi olub. 13.05.19
“Azərbaycanın kəlağayısı və Qarabağ atları” Britaniyada - Fotolar Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının əfsanəvi kraliçası Viktoriyanın şərəfinə təşkil olunmuş və bütün dünya at sevərlərinin böyük marağına səbəb olmuş “Vindzor Kral Atçılıq Şousu”na yekun vurulub.
13.05.19
"Yolum keçir Qarabağdan" rəsm sərgisi - Foto Mayın 8-də Bakı Kitab Mərkəzində "Yolum keçir Qarabağdan" adlı rəsm sərgisi açılıb və eyniadlı kataloqun təqdimat mərasimi keçirilib. 12.05.19
Ramazan münasibətilə iftar verildi - Foto Mayın 10-da Müqəddəs Ramazan ayı və ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli tədbir keçirib. 11.05.19
Dövlət Xidmətində Heydər Əliyev anıldı - Foto Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib. 10.05.19
Səfərbərlik Xidmətində xidməti müşavirə - Foto Mayın 8-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) Prezident İlham Əliyevin bu il fevralın 28-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə əlaqədar qurumun Aparatının, eləcə də yerli idarə, şöbə və bölmə rəislərinin iştirakı ilə müşavirə keçirilib. 08.05.19
Ümummilli liderin 96 illiyi AzMİU Elmi Şurasında qeyd edildi - Foto Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Şurasının (AzMİU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş növbədənkənar iclası keçirilib. Elmi Şura üzvləri əvvəlcə ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 08.05.19